Ötən gecə Ermənistanda naməlum şəxslər Vanadzor həbsxanasının direktorunun “Niva” markalı avtomobilini partladıblar.
Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02.30 radələrində baş verib. Partlayıcı qurğu avtomobilin altına yerləşdirilib. Partlayış anında avtomobildə heç kəs olmayıb.
Polis araşdırma aparır.
Qaynarinfo.Az