Xəbər lenti

Ermənistanda zorakılıq və kütləvi həbslər qaçılmazdır (ŞƏRH)
Dünya13:00 09.12.2020

Ermənistanda zorakılıq və kütləvi həbslər qaçılmazdır (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Paşinyan həm müxalifətin tələbini, həm prezidentin, həm də katolikosun istəyini qulaqardına vurub”.
Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistandakı siyasi vəziyyəti şərh edərkən bildirib.
 
Onun sözlərinə görə, Paşinyanın istefa verməməsini şərtləndirən iki amil var: 
"Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana dekabrın 8-i saat 12-yə qədər könüllü istefaya getmək üçün vaxt vermişdi. Vaxt bitdi, Paşinyan istefa vermədi. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, müxalifətin qışqırıb-bağırmasına baxmayaraq İrəvandakı mitinqlərə 5-7 mindən çox adam yığa bilmir və bu say da getdikcə azalır. İkinci səbəb güc strukturları və onların rəhbərlərinin Paşinyana sadiqliyidir. Paşinanın istefasını prezident Armen Sarkisyan və erməni katolikosu ikinci Qaregin də istəyib. Ancaq Paşinyan həm müxalifətin tələbini, həm prezidentin, həm də katolikosun istəyini qulaqardına vurub. Paşinyan istefa vermir, müxalifət isə Ermənistanı qarışdırmaq çalışmalarından əl çəkmir. Demək, zorakılıq və kütləvi həbslər qaçılmazdır”.
Orxan Əhmədli