Xəbər lenti

Ermənistanın hərbi hospitallarına ayrılan məbləğ 725 milyon azaldıldı
Dünya05:54 14.06.2022

Ermənistanın hərbi hospitallarına ayrılan məbləğ 725 milyon azaldıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Müdafiə Nazirliyi 2022-ci il büdcəsindən ordunun müdafiə ehtiyacları ilə bağlı imzalanmış müqavilələrin ödənilməsi, xəstəxana və tibb mərkəzlərinin tibbi avadanlıqla təchiz edilməsi və digər avadanlıqların alınması üçün ayrılan məbləği 725 milyon dram azaldıb.
Məntiqlə on minlərlə hərbçinin əlil olduğu bir ölkə 44 günlük müharibədən sonra ən müasir avadanlıq və xəstəxanalarla təmin edilməli idi. Bu arada isə ölkədə bunun tam əksi baş verib, xəstəxana və tibb mərkəzlərinə yönəldilən məbləğin azaldılması qərara alınıb.
Hökumətin ehtiyat fondundan ordunun ehtiyacları üçün pul ayrılmır və bu səbəbdən də ordu öz ehtiyaclarını ödəmək üçün büdcənin yenidən bölüşdürülməsini və xərcləri azaltmalı olub.
Ancaq maraqlıdır ki, hökümət nə Polis, nə də Milli Təhlükəsizlik Xidməti ehtiyaclarını ödəmək üçün yenidən mliyənin bölüşdürülməsinə getməyib. Hökumətin ehtiyat fondunun bu ehtiyatlarından bu iki hüquq-mühafizə orqanına təkcə may ayında milyonlarla dram ayrılıb.
Üstəlik, xəstəxana və tibb məntəqələrinə ayrılan məbləğ zabitin maaşını ödəmək üçün deyil, ordunun ehtiyaclarını ödəmək üçün azaldılıb.
Telman