Xəbər lenti

Ermənistanın iqtidar partiyası baş nazirlik postuna namizəd irəli sürməyəcək
Dünya13:57 29.04.2018

Ermənistanın iqtidar partiyası baş nazirlik postuna namizəd irəli sürməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın iqtidarda olan Respublikaçılar Partiyası mayın 1-də parlamentdə keçiriləcək seçkidə baş nazir postuna namizəd irəli sürməyək.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov açıqlama verib.
O, daxili siyasətdəki vəziyyəti gözə alaraq ölkənin mənafeyi, təhlükəsizliyi və sabitliyi naminə bu addımı atdıqlarını bildirib.
Şarmazanov bütün namizədlərin platformalarını müzakirə edəcəklərini və səsverməyə qədər fikirlərini açıqlayacaqlarını söyləyib.
Qeyd edək ki, Ermənistan parlamentinin 105 üzvü var. Bunlardan 58-i Ermənistan Respublikaçılar Partiyasından, 31-i Tsarukyan blokundan, 9-u Elk qrupundan, 7-si isə Daşnaksütyun Partiyasından olan millət vəkilləridir. Parlamentdə bir namizədin baş nazir seçilməsi üçün ən 53 deputatın səsinə ehtiyac var.