Xəbər lenti

Ermənistanın keçmiş prezidentləri və katolikos Paşinyana yol göstərmək üçün toplaşacaq
Dünya07:44 20.09.2022

Ermənistanın keçmiş prezidentləri və katolikos Paşinyana yol göstərmək üçün toplaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın və "Dağlıq Qarabağ”ın keçmiş "prezidentləri”, eləcə də bütün ermənilərin katolikosu II Qaregin və Kilikiyanın Böyük Evinin katolikosu I Aram arasında görüş keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Hraparak” qəzeti yazır. 
Nəşr xatırladır ki, birinci prezident Levon Ter-Petrosyanla katolikos II Qareginin görüşündən sonra "Daşnaksütyun”un ali orqanının üzvü İşxan Saqatelyan görüşün onun təşəbbüsü ilə baş tutduğuna eyham vurmuşdu.
Saqatelyan mövcud vəziyyətdən mümkün çıxış yollarını müzakirə etmək üçün eks-prezidentlərin, katolikosların, nüfuzlu hərbçilərin və ictimai xadimlərin görüşünün keçirilməsini təklif edib.
Nəşrin məlumatına görə, yaxın günlərdə 3+2+2 formatında yeni görüş keçiriləcək. Burada Ermənistan və qondarma "DQR”in keçmiş prezidentləri və iki katolikos iştirak edəcək.
Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə bağlı şübhələr var, lakin qalanları razılaşıb.
İclasdan sonra iştirakçıların hakimiyyətə müraciətlə çıxış edəcəyi gözlənilir.
Nizami Bağırov