Xəbər lenti

Çerniqov şəhərinə raket atıldı -  47 nəfər həlak oldu
Dünya10:41 04.03.2022

Çerniqov şəhərinə raket atıldı - 47 nəfər həlak oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 3-də Ukraynanın Çerniqov vilayətində yaşayış massivinə Rusiyanın atdığı raket nəticəsində 47 nəfər həlak olub.
Qaynarinfo UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb:
"Tibb müəssisələrinin yenilənmiş məlumatına görə, dünən, martın 3-də Rusiya aviasiyasının Çerniqov ərazisini bombardman etməsi nəticəsində 47 nəfər - 38 kişi və 9 qadın həlak olub. 18 nəfər xilas edilib”.
Dağıntılar altından 33 meyit və 18 yaralı çıxarılıb.