Xəbər lenti

Çerniqovda vurulan Rusiya təyyarəsinin pilotu ələ keçdi (FOTO)
Dünya12:06 05.03.2022

Çerniqovda vurulan Rusiya təyyarəsinin pilotu ələ keçdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vurulan Rusiya təyyarəsinin pilotu Çerniqovda saxlanılıb, digər pilot ölüb.
Qaynarinfo Unian-a istinadla xəbər verri ki, bu barədə Çerniqov vilayəti hərbi-mülki administrasiyasının sədri Vyaçeslav Çaus Telegram-da məlumat verib.
"Vurulan Rusiya SU-25 təyyarəsinin pilotu yenicə Çerniqovda saxlanılıb. İkinci pilot həlak olub. Bu gün düşmənin pilotsuz uçan aparatı da vurulub", - Çaus deyib.
Xatırladaq ki, dünən Çerniqov vilayətində Ukrayna hava hücumundan müdafiə qüvvələri işğalçıların daha bir hücum təyyarəsini vurmuşdu. Bu barədə "Şimal” əməliyyat komandanlığı məlumat yayıb.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, martın 4-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın üç Su-25 hücum təyyarəsini və üç helikopterini məhv edib.
Alpər