Xəbər lenti

Çernobılda baş verən yanığın radioaktiv tullantı anbarına çatdı
Dünya10:42 14.04.2020

Çernobılda baş verən yanığın radioaktiv tullantı anbarına çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyev vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları Çernobıl zonasında baş verən yanğında daha bir günahkarın olduğunu müəyyənləşdiriblər. 
Qaynarinfo xəbər verir ki, bu barədə aprelin 13-də rayon polisinin mətbuat xidmətindən məlumat verilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 37 yaşlı yerli sakin evinin yaxınlığında zibil yandırıb. Kişi yanan odun qalıqlarını bir arabaya yükləyərək kənddən çıxardıb və quru otların üstünə tökərək yanğına səbəb olub. Ukrayna xilasetmə xidmətlərini çağırmadan öz səyləri ilə yanğını söndürməyə çalışsa da, cəhdləri uğursuz olub, atəş daha da yayılmağa başlayıb. Alov meşənin ərazisinə çatıb, daha sonra genişmiqyaslı yanğının baş verdiyi əraziyə yayılıb.
Bundan əvvəl yasaq zonada yanğın törətməkdə günahlandırılaraq həbs edilən şəxs Kiyev vilayətinin Raqovka kəndinin 27 yaşlı əvvəllər məhkum olunmuş sakinidir. O, otluğu əylənmək üçün yandırdığını etiraf edib. Onun hərəkətləri nəticəsində 5 hektar meşə yanıb.
Qeyd edək ki, aprelin 13-də başlayan yanğın Çernobıl AES-in istismar zonasında yerləşən Podlesnı radioaktiv tullantı anbarına yaxınlaşıb. Ümumilikdə 35 Ha ərazi yanıb.
Alpər