Dünya 15:59 27.12.2023

“Əsas milli maraq”: Si Szinpin Çinin Tayvanla “birləşməsi”ni qaçılmaz adlandırdı

Çin lideri Si Szinpin bildirib ki, Çinin Tayvanla "birləşməsi” qaçılmazdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.

"Biz istənilən vasitə ilə Tayvanın Çindən ayrılmasının qarşısını alacağıq", - Si Szinpin bildirib.  

Onun sözlərinə görə, "Çinin tam birləşməsi qaçılmaz tendensiya”dır.

O, həmçinin vurğulayıb ki, "bu, əsas milli maraqdır və xalqın istəyi məhz budur”.

Xatırladaq ki, noyabrın 15-də ABŞ prezidenti Co Bayden San-Fransiskoda keçirilən Asiya-Sakit okean iqtisadi əməkdaşlıq təşkilatının sammiti çərçivəsində Çin lideri Si ilə görüşüb.

"The Independent" adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən yazıb ki, Si Baydenə Çinin "gələcək illərdə” Tayvana hücum etmək planının olmadığını bildirib.

Nizami Bağırov