Xəbər lenti

Əsəd amnistiya verdi
Dünya18:53 29.10.2013

Əsəd amnistiya verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriya prezidenti Bəşər Əsəd oktyabrın 29-da ümumi amnistiya elan edib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın “SANA” dövlət agentliyi məlumat yayıb. Qeyd edək ki, amnistiya 2013-cü ilin oktyabrın 29-dək törədilmiş bütün cinayətlərə şamil edilir.
 
Qeyd edək ki, Əsəd bu ilin aprelin 16-da da ümumi amnistiya elan etmişdi. 
 
Bundan əvvəl isə amnistiya 2012-ci ilin yanvarında elan olunmuşdu, lakin o hökumət əleyhinə çıxışlarda iştirak edən şəxslərə şamil edilərək məhdud xarakter daşımışdı. 
 
Qeyd edək ki, bu gün həmçinin Suriyanın baş nazirinin müavini Qədri Cəmilin istefaya göndərilməsi barədə xəbər yayılıb.

Qaynar.info