
İstanbulda öldürülən suriyalı fəal və jurnalistlər Halla Bərəkət və anası Oruba Bərəkət dünən dəfn edilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, dəfn mərasiminə Bərəkət ailəsinin üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri qatılıb. Oruba Bərəkətin bacısı Şaza Bərəkət və qardaşı Main Bərəkət ana və qızın ölümündə Suriya prezidenti Bəşər Əsəd və rejimi günahlandırıb.
Main Bərəkət "Bunu edən Əsəddən başqası ola bilməz. Onları telefon və mesajlarla hədələyirdilər. Hallaya "Ananı susdur, yoxsa sonu ölüm olacaq" deyiblər. Bu cür hədələrə məhəl qoymurdular, çox cəsur idilər. Türkiyə hökümətindən tək istəyimiz cinayətin üstünün açılmasıdır" deyib.
Oruba və Halla Bərəkət Suriya hökümətinə qarşı fəal mübarizə aparan müxalif jurnalistlər idi.
Qeyd edək ki, bu, Bərəkət ailəsinin yaşadığı ilk faciə deyil. 2 il əvvəl ABŞ-da bu soyadı daşıyan 3 nəfər Sağ Radikal qolun nümayəndəsi Kreyq Steven Hiks tərəfindən öldürülmüşdü.
Gülşən
Qaynarinfo.Az