Xəbər lenti

Əsgər atası: “Oğlum intihar etməyib, onu öldürüblər”
Dünya21:31 18.03.2013

Əsgər atası: “Oğlum intihar etməyib, onu öldürüblər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan ordusunda öldürülən əsgərin atası da Ovannisyanın aclığına qoşulur

Ermənistan ordusunda öldürülən əsgər Ayk Kaleyanın atası da prezidentliyə keçmiş namizəd Raffi Ovannisyanın aclıq aksiyasına qoşulmaq istəyir. ANS PRESS-in lin.am-a istinadən verdiyi məlumata görə, Ayk Kaleyan Azərbaycanın işğal altındakı ərazilərində ölüb və rəsmi məlumatlarda onun intihar etdiyi bildirilir. 

Əsgərin atası Merujan Kaleyan isə rəsmi versiya ilə razılaşmır və oğlunun hərbi hissədə öldürüldüyünü bildirir. Onun sözlərinə görə, istintaq cinayətin üstünü açmaqda maraqlı deyil.

Merujan Kaleyanın 12 yaşlı daha bir oğlu var. O, ikinci oğlunu hərbi xidmətə buraxmayacağını bəyan edib.

Qaynar.info