Xəbər lenti

Əslən İrandan olan britaniyalı qadın güləşçidən Tehrana çağırış
Dünya07:52 29.06.2022

Əslən İrandan olan britaniyalı qadın güləşçidən Tehrana çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniya qadın güləşi çempionatında qızıl medal qazanan iranlı güləşçi Melika Bəlali podiumda iranlı qadınların geyim növünü seçmək hüququnu müdafiə edib.
Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.
O, həmçinin İranda qadınlara güləşmək izni verilməsini tələb edib.
Melika qızıl medalı alarkən çempionat meydançasında İranda məcburi hicaba son qoyulmasının zəruriliyi ilə bağlı mətn sərgiləyib.
Mesajda bunlar yazılıb: "Məcburi hicaba son qoyulsun. Mənim güləşçi olmağa haqqım var”.
M.Arif