Xəbər lenti

Eston polisindən sürücülərə qəribə təklif: Cərimənin əvəzinə...
Dünya05:30 27.09.2019

Eston polisindən sürücülərə qəribə təklif: Cərimənin əvəzinə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Estoniya polisi avtomobil yollarında sürət rejimini pozan sürücülərlə mübarizədə eksperimental üsulun tətbiqinə başlayıb.
Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, sürət həddini aşdığı üçün yolda polis tərəfindən saxlanılan sürücülərə cəriməyə alternativ cəza təklif olunur. Sürücü 400 avro cərimə ödəməmək üçün avtomobilini yol kənarında 1 saat saxlamaqla gözləməli, daha sonra yoluna davam etməlidir. Bunu şərti olaraq "sakitləşdirici tənəffüs” adlandırıblar.
Estoniya polisi bu təcrübənin effektivliyini görərsə müvafiq cəza növünün qanunda əks olunacağı bildirilir.