Xəbər lenti

Estoniya: “Rusiyadan gələn turistlər milli təhlükəsizliyə təhdiddir”
Dünya05:54 25.08.2022

Estoniya: “Rusiyadan gələn turistlər milli təhlükəsizliyə təhdiddir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Estoniyanın baş naziri Kaya Kallas rusiyalı turistlərin ölkəsinin təhlükəsizliyinə təhdid yaratdığını bildirib.
Bu barədə Qaynarinfo "Sky News”a istinadən xəbər verir.
"Biz həqiqətən yükü öz üzərimizə götürürük. Problem ondadır ki, gələn bütün rus turistləri yoxlaya bilmirik və biz onların təhlükəsizliyə təhdid yaratdığını görürük", - o, "Sky News”a deyib.
Kallas bir daha xatırladıb ki, Avropaya səyahət imtiyazdır və bundan əsasən Moskva və Sankt-Peterburqdan gələn turistlər istifadə edirlər.
"Rusiyalıların yalnız 10%-i xaricə səyahət edir və onlar Moskva və Sankt-Peterburqdandırlar. Bununla da bu insanlar Kremlin qərarına təsir edir", - o əlavə edib.
Xatırladaq ki, Estoniyanın Baş naziri rusiyalılara viza verilməsini dərhal dayandırmağa çağırıb.
Nizami Bağırov