Noyabrın 18-də Tallindəki Latviya səfirliyinin həyətində bayram tədbiri təşkil olunub.
Estoniya hökumətinin üzvləri Latviyanın Tallindəki səfirliyinə gələrək, burada qonşu ölkənin müstəqilliyinin 100-cü ildönümünü qeyri-adi üsulla təbrik ediblər. Hökumətinin üzvləri bu ölkənin müdafiə qüvvələrinin orkestri və kamera xorunun müşayiəti ilə Latviyanın dövlət himnini oxuyublar.
Estoniya Dövlət Dəftərxanasının nümayəndəsi Marqus Kasterpalu bildirib: "Bizim ən yaxın qonşularımız bu gün 100 illik yubileylərini qeyd edirlər. Latviya ilə Estoniyanı vahid tarix və müstəqilliyə gedən çətin yol birləşdirir. Estoniya Respublikası öz əziz dostlarını Latviyanın dövlət himnini ifa etməklə təbrik edir”. (Azərtac)