Xəbər lenti

Ətir haqqında doğru bildiyimiz yalnışlar...
Dünya06:16 21.04.2016

Ətir haqqında doğru bildiyimiz yalnışlar...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hər bir insanın zövqünə görə ətir seçimi də fərqlidir. Ətir yalnızca insanın gözəl qoxması kimi istifadə olunmur.

Ətir seçimi eyni zamanda özünü ifadə etmə formalarından biri sayılır. İndiyədək ətir haqqında insanların doğru bildiyi yalnışlar var.

Qaynarinfo.az ətir haqqında doğru bilinən yalnışları təqdim edir:

Ətiri hamam otağında saxlamaq

Ətiri hamam otağında saxlamaq bu günə qədər doğru bilinənlər siyahısında idi. Amma bu üsuldan istifadə nəticəsində, hamadakı isti və nəm ətirin tərkibindəki yağların xarab olmasına səbəb olur. Nəticədə isə, ən başda sevdiyiniz qoxu, zamanla pis qoxacaq.

Ətirin necə qoxduğunu anlamaq üçün bir kağıza vurun

Bir çox insan qoxunun necə olduğunu bilmək üçün kağıza vurur. Ancaq bu səhv seçimdir. Çünki hər bədənin özünəməxsus qoxusu olur. Ona görə də, qoxunu bilmək üçün kağıza yox, biləyə sıxılmalıdır. 

Ətiri havaya vurun, sonra içərisindən keçin

Bu üsul da əlbəttə ki, səhvdir. Ətir birbaşa bədənə vurulmalıdır. Xüsusilə də, bədənin isti nöqtələrinə vurulan qoxu daha qalıcı olur. 

Zümrüd

Qaynarinfo.az