Xəbər lenti

Etiraz əlaməti olaraq 100 min yumurta sındırdılar -FOTO
Dünya11:32 08.08.2013

Etiraz əlaməti olaraq 100 min yumurta sındırdılar -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransalı quşçular Bretanidəki vergi xidmətinin binası qarşısında məhsulun qiymətinin aşağı olmasına etiraz kimi 100 min yumurta sındırıblar. Fermerlər aksiyanı davam etdirəcəklərini və hər gün 100 min yumurta sındıracaqlarını bəyan ediblər.

Bu, Bretanidə gündəlik istehsal olunan yumurtaların 5 faizi deməkdir.

Quşçular istehsal olunan yumurtaların həcmini 5 faiz azaltmaqla tələbatı artırmağa və qiymət artımına nail olmağa çalışırlar.

Sonq vaxtlar Avropa Birliyinin toyuqları böyük və komfortlu qəfəslərdə saxlamaq tələbi üzündən fermerlərin xərci artıb.  Quşçuların sözlərinə görə, yumurtanın düjünü 95 sentə başa gəldiyi halda, onun bazar qiyməti cəmin 75 sentdir.

Qaynar.info