Yerevanda etirazçılar Ermənistan hökumətinin iclas zalını ələ keçiriblər.
Bu barədə görüntülər sosial şəbəkənin Ermənistan seqmentində yayılıb.
***
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki,bu barədə "RİA Novosti” məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırda etirazçılar hökumət binasına soxulublar.
***
Paşinyanın Qarabağ müharibəsinin sona çatması ilə bağlı müraciətindən sonra Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları başlayıb.
Yerevanın mərkəzinə avtomobillərlə insanların axını davam edir.
Etirazçılar hökumət binasına girməyə cəhd edirlər. Şüşələrin və qapıların qırıldığı deyilir.
<iframe src="https://player.baku.tv/embed/27793" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">
<iframe src="https://player.baku.tv/embed/27793" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">