Xəbər lenti

Dünya 17:01 20.09.2023

Etirazçılar İrəvanın mərkəzi prospektini bağladılar

Ölkə hakimiyyətinin Dağlıq Qarabağla bağlı siyasətinə etiraz aksiyasının iştirakçıları İrəvanda Tiqran Mets prospektini bağlayıb, etirazçıların bir hissəsi birbaşa asfaltda oturublar. Etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, aksiya iştirakçıları "dinc yaşayış məntəqələri atəşə tutulur” plakatları, "atəş nəticəsində yaralanan qadın, qoca və uşaqların fotoşəkilləri ilə gəliblər”. Fəallar "Dağlıq Qarabağın taleyindən narahat olan” hər kəsi onlara qoşulmağa çağırır. Polis hökumət binasını əhatəyə alıb.

Yada salaq ki, sentyabrın 20-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Qarabağda atəşkəs haqqında razılıq əldə olunub. Müvafiq bəyanatın mətnində "Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi heyətinin Rusiya sülhməramlı kontingentinin yerləşdirmə zonasından çıxarılmasından” bəhs edilir.
 
Qarabağ ordusunun buraxılacağı da gözlənilir. Həmçinin qeyd olunur ki, Dağlıq Qarabağın erməni əhalisinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyət orqanları arasında keçiriləcək görüşdə Azərbaycan tərəfinin "reinteqrasiya, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı qaldırdığı məsələlər müzakirə olunacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?