Xəbər lenti

Etirazçılar Nyu York küçələrinə axışdı: "Tramp cəhənnəm olsun"
Dünya05:44 04.11.2020

Etirazçılar Nyu York küçələrinə axışdı: "Tramp cəhənnəm olsun"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nyu Yorkun mərkəzində bir qrup etirazçı hazırkı ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin istefasını tələb edib.

Qaynarinfoxəbər verir ki, bu barədə RİA Novosti müxbiri məlumat verib. Məlumata görə, nümayişçilərin üzərində bir polis helikopteri uçur.

Qeyd edildiyi kimi, etirazçılar Birlik Meydanı Parkı bölgəsindədir. Onlarla insan Trampa qarşı şüarlar səsləndirir: "Tramp cəhənnəm olsun", "Faşist ABŞ-a yox", "Tramp bizim səslərimizi oğurlayır".

Xatırladaq ki, ABŞ-da 3 noyabrda prezident seçkiləri keçirilib, respublikaçı Donald Tramp və demokrat Co Biden dövlət başçısı postu uğrunda mübarizə aparır.

Alpər