Avropa Birliyi artıq heç vaxt Çin, Rusiya və ABŞ-ın bərabərhüquqlu tərəfdaşı olmayacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çexiya Prezidenti Miloş Zeman söyləyib. Onun sözlərinə görə, Avropa Birliyi artıq iqtisadi nəhəng və siyasi cırtdandır. O, Breksitin əsas günahkarlarından birinin Avropa Komissiyasının rəhbərliyinin olduğunu bildirib.
Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniya əhalisi AB-dən ayrılmağa səs verib.
Qaynarinfo.az