İranda hicabı düzgün taxmadığı üçün əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məsha Əmininin ölüb.
Qaynarinfo xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolara görə, Əmini çərşənbə axşamı ailəsi ilə görüşə getdiyi Tehranda saxlanarkən hicab qaydalarına əməl etmədiyi üçün döyülüb. Saxlanıldığı mərkəzdə o, yerə yıxılaraq komaya düşüb və sonradan gənc qadının dünyasını dəyişdiyi açıqlanıb.
İran polisi 22 yaşlı qadına qarşı pis rəftar və zorakılıq iddialarını təkzib etsə də, Əmininin təcridxanada qəfildən yerə yıxılmasını əks etdirən görüntülərini yayıb. Ailə gənc qadının hər hansı bir xəstəliyinin olmadığını və aldığı zərbələr nəticəsində komaya düşdüyünü iddia edib.
"Amnesty International" təşkilatı İran hökumətini müəmmalı ölümlə bağlı təhqiqat aparmağa çağırıb.
ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Jak Sullivan "Twitter" hesabından verdiyi açıqlamada hadisəni pisləyərək, "İran rəsmilərini bu cür insan haqları pozuntularına görə məsuliyyətə cəlb etməyə davam edəcəyik" yazıb.
İranın aparıcı hüquqşünaslarından biri olan Səid Deqan başından aldığı zərbələrdən sonra gənc qadının kəllə sümüyünün qırıldığını bildirib və hadisəni "qətl” kimi qiymətləndirib.
Aydın