Xəbər lenti

Ey azərbaycanlılar və ermənilər, açın qapıları, Fransa və ABŞ gəlsin... - Zərdüşt Əlizadə
Siyasət07:03 29.07.2021

Ey azərbaycanlılar və ermənilər, açın qapıları, Fransa və ABŞ gəlsin... - Zərdüşt Əlizadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ Dövlət Departamentinin sözçüsünün dediklərini Azərbaycan dilində anlaşılan bir qısa cavabı var – ey azərbaycanlılar və ermənilər, açın qapıları, Minsk qrupunin həmsədləri - Fransa və Amerika gəlsin, münaqişəni dondursun və daha bir 30 il ərzində vasitəçilik adı altında bölgədə öz təsirlərini qorusun, vəssalam”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ Dövlət Departamentinin sözcüsü N. Praysın "ABŞ münaqişənin siyasi yolla uzunmüddətli həlli üçün Azərbaycanla Ermənistanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mümkün olan tez bir zamanda substantiv danışıqlara qayıtmağa çağırır” fikirini şərh edərkən deyib. O bildirib ki, nə münaqişənin həlli, nə beynəlxalq hüququn təntənəsi, nə də insan qətillərinə son, belə şeylər yoxdur:
"Yalnız bizə imkan verin ki, gələk və burnumuzu məsələyə soxaq, diplomantlarımız təzədən gəlib sizi istədiyi səmtə sürsün və da 30 il sülh naminə mübarizə aparaq. Məsələ budur”.
Azərbaycan ABŞ-ın bu çağırışına gedib-getməyəcəyinə gəlincə, politoloq bu məsələdə hansısa bir fikir irəli sürməkdə çətinlik çəkdiyini vurğulayıb:
"Azərbaycan prezidenti deyib ki, münaqişə həll edilib, münaqişə yoxdur. Əgər münaqişə yoxdursa, vasitəçilərə nə ehtiyac var? Əgər Prezident dediyinin üstündə duracaqsa, onda Minsk qrupuna müraciət olmayacaq. 3 ölkə - Rusiya, Azərbaycan, Ermənistan bu məsələ ilə məşğuldurlar, hələlik proseslər Azərbaycanın istədiyi istiqamətdə gedir. Amma əgər Azərbaycan geri çəkilsə, Minsk qrupunun həmsədlərini təzədən bu ölkəyə buraxsa, gəlib tutub dananı, inəyi, quzunu, çəpişi, nə varsa hamısını aparıb yeyəcəklər”. 
Qeyd edək ki, ABŞ sərhəddə vəziyyətin deskalasiyası üçün Azərbaycan və Ermənistanı dərhal tədbirlər görməyə çağırıb. ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays bəyanatda "ABŞ münaqişənin siyasi yolla uzunmüddətli həlli üçün Azərbaycanla Ermənistanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mümkün olan tez bir zamanda substantiv danışıqlara qayıtmağa çağırır”, - deyə bildirib.
Bahar Rüstəmli