Xəbər lenti

"Facebook" Monte Melkonyanla bağlı səhifələri blokladı
Dünya06:47 03.02.2022

"Facebook" Monte Melkonyanla bağlı səhifələri blokladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Feysbuk administrasiyası "Ermənistan və Artsax qəhrəmanı” Monte Melkonyan haqqında fotoşəkillər və qeydlər olan səhifələri bloklayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Ermənistanın Ombudsmanı (İnsan Haqları üzrə Müvəkkili) Arman Tatoyan məlumat verib. O, "Ermənistan və Artsax qəhrəmanı” Monte Melkonyan haqqında fotoşəkillər və qeydlər olan səhifələrin bloklanması ilə əlaqədar Facebook sosial şəbəkəsinin administrasiyasına müraciət etdiyini bildirib.
"Bu, qəti qəbuledilməzdir, çünki Monte bütün dünya erməniləri üçün vətənpərvərlik və Vətənə fədakar xidmət rəmzidir”, - Tatoyan özünün Facebook səhifəsində yazıb.
"Facebook”a göndərilmiş məlumatlarda Ermənistanın məktəb və universitet dərsliklərində Montenin necə xatırlandığı barədə məlumatlar verilib, - deyib.
Alpər