Xəbər lenti

Facebooka görə 21 il HƏBS
Dünya14:02 14.07.2014

Facebooka görə 21 il HƏBS

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu sosial şəbəkədə hər kəs paylaşdığı statusu, fotonu diqqətlə süzgəcdən keçirməlidir

İranın inqilabi məhkəməsi 8 gənci 11 ildən 21 ilə kimi həbsə məhkum edib.

Qaynar.info-nun Azadlıq Radiosuna istinadən məlumatına görə, onlar bu cəzalarını Facebookda dövlət əleyhinə material yerləşdirməyə görə alıblar.

Adı çəkilməyən bu gənclər milli təhlükəsizlik əleyhinə fəalyyət, rejim əleyhinə təbliğat, dini dəyərləri və dini liderləri təhqir ittihamı ilə həbsə məhkum olunublar.

Qeyd edək ki, Facebook təkcə bu ölkədə deyil, dünyanın əksər yerlərində vətəndaşların ölümünə, həbs edilməsinə və digər neqativ hallara səbəb olur. Bu baxımdan Facebookda hər kəs paylaşdığı statusu, fotonu diqqətlə süzgəcdən keçirdikdən sonra geniş ictimaiyyətin diqqətinə çatdırmalıdır.