Xəbər lenti

Fahrettin Kocadan Ərdoğanla xanımının səhhəti ilə bağlı açıqlama
Dünya15:47 05.02.2022

Fahrettin Kocadan Ərdoğanla xanımının səhhəti ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirusun "omikron" ştamına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhətinin vəziyyəti yaxşıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviterdə yazıb.
Kocanın bildirdiyi kimi, xəstəlik onların işinə mane olmur.
Daha əvvəl Ərdoğan bildirib ki, o və həyat yoldaşı koronavirusun "omikron" ştamına yoluxublar.
Türkiyə liderinin sözlərinə görə, xəstəlik yüngül formadadır.