İdman 13:24 28.04.2023

Fatih Terim İstanbul prokurorluğunda ifadə verdi - Dələduzluğa görə

"Qalatasaray"ın və Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim İstanbul Respublika Baş Prokurorluğunun bir bankın şəxsi fondu vasitəsilə dələduzluq etdiyi iddiası ilə başlatdığı istintaq çərçivəsində şikayətçi kimi ifadə verib.

Qaynarinfo-nun məlumatına görə, şəhərdəki şöbə müdirinin bankın şəxsi fondu vasitəsilə Fatih Terim və bir iş adamı da daxil olmaqla xeyli insanı aldatması ilə bağlı şikayətlərin ardından İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
 
Prokurorluğun qərarı ilə yaşadığı ünvanda saxlanılan bank filialının müdiri barəsində hakim tərəfindən "rəsmi sənədləri saxtalaşdırma” və "dələduzluq” ittihamları ilə həbs edilib.

Araşdırma çərçivəsində "Eyüpspor"un baş məşqçisi Arda Turan və "Başakşəhər"in çalışdırıcısı Emre Belözoğlu da şikayətçi qismində prokurorluğa ifadə verib.

İstintaq çərçivəsində digər şikayətçilərin də ifadələrinin alınacağı gözlənilir.

Səbuhi Həsənov