
Dünən DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Türkiyə səfərdə Xorvatiya ilə qarşılaşıb.
Qaynarinfo.az xəbər verir ki, xorvatlar ilk hissənin sonlarında İvan Rakitiçin penalti zərbəsiylə hesabda önə keçsə də, ilk hissəyə əlavə olunmuş dəqiqələrdə Hakan Çalhanoğlu gözəl cərimə zərbəsiylə hesabı bərabərləşdirib. Komandalar fasiləyə elə bu hesabla yollanıblar.
Fasilə zamanı maraqlı hadisə yaşanıb. Komandalar paltardəyişmə otağına yollanarkən Türkiyə millisinin baş məşqçisi Fatih Terim rəqib həmkarı Ante Çaçiçlə toqquşub. Son dəqiqədə buraxılan qolun şokundan çıxmayan xorvat məşqçi Terimə narazılığını bildirib. "İmperator" isə diqqətsizliyə görə həmkarından üzr istəyib.
Qeyd edək ki, bu oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Qaynarinfo.Az