Fazil Mustafa partiya rəhbərliyində ciddi müzakirələrdən sonra namizədliyini irəli sürməmək qərarına gəlib.
Qaynar.info-nun məlumatına görə, partiya sədri bildirib ki, builki prezident seçkilərində iştirakla bağlı Böyük Quruluş Partiyası Ali Məclisinin qərarı vardı: “Namizədliyimiz irəli sürülüb-sürülməyəcəyi ilə bağlı cəmiyyətdən vaxtaşırı suallar da ünvanlanırdı. Partiya rəhbərliyində ciddi müzakirələrdən sonra namizədliyimi irəli sürməmək barədə qərara gəldim. Partiya üzvlərimiz seçkidə qeydiyyatdan keçmiş namizədlərdən hər hansı birini dəstəkləməkdə sərbəst olacaqlar”.
Qaynar.info