Xəbər lenti

İdman 16:34 13.01.2025

"Fənərbağça" yenilənir: 8 futbolçu gedir

Transfer fəaliyyətini davam etdirən "Fənərbağça"in rəhbərliyi digər tərəfdən komandanı tərk edəcək futbolçularla bağlı iş aparır. 

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu mövsüm heç bir oyunda iştirak etməyən Serdar Azizin, azarkeşlərin sərt tənqid etdiyi Samet Akaydının və xaricdən ciddi təkliflər alan Yusif En-Nesiri ilə Sebastian Şimanskiyin satılması gündəmdədir. 

Mourinyonun oyun sisteminə uyğunlaşmaqda çətinlik çəkən Sent-Maksiminin icarə əsasında gəldiyi "Əl-Əhli"yə geri göndərilməsi, Cengiz Ünderin isə icarəyə verilməsi planlaşdırılır. Gənc futbolçu Levent ilə komandaya qayıdan Linkoln Enrikenin də icarəyə göndərilməsi nəzərdə tutulur.

Ara transfer dövründə heyətini iki müdafiəçi və on nömrə mövqeyində oynayan Anderson Taliskayla gücləndirməyi planlaşdıran "Fənərbağça" rəhbərliyi eyni zamanda komandanı tərk edəcək futbolçularla bağlı işlərini davam etdirir. Bu ay klubdan ayrılacağı gözlənilən futbolçular və bu qərarların səbəbləri aşağıdakı kimidir:

Yusif En-Nesiri

Mərakeşli hücumçu performansı ilə hər kəsin rəğbətini qazansa da, "Əl-Nəsr" klubunun 40 milyon avroya çatan astronomik təklifi və heyətdə Edin Dzeko ilə Cenk Tosunun olması onun satılma ehtimalını artırır.

Sent-Maksimin

"Əl-Əhli"dən 8 milyon avroya icarəyə götürülən fransalı futbolçu yüksək maliyyətinə baxmayaraq, gözləniləni verə bilməyib (22 oyunda 3 qol, 4 assist). Səudiyyə Ərəbistanı mətbuatına görə, Sent-Maksimin icarə müddətindən sonra öz klubuna geri dönəcək.

Serdar Aziz

Baş məşqçi Joze Mourinyonun bu mövsüm heç bir oyunda şans vermədiyi 34 yaşlı müdafiəçi, ayrılacaq futbolçuların önündə gəlir. Mövsüm sonu müqaviləsi bitəcək təcrübəli oyunçunun sərbəst transferlə komandadan ayrılması gözlənilir.

Samet Akaydın

Son olaraq "Atletik Bilbao" ilə oyunda etdiyi səhv səbəbindən azarkeşlərin ciddi tənqidinə məruz qalan milli müdafiəçi, təkliflərə uyğun olaraq ya transfer ediləcək, ya da icarəyə veriləcək.

Sebastian Şimanski

Polşalı yarımmüdafiəçi texniki direktor Mourinyonun bəyəndiyi oyunçulardan biri olsa da, Avropadan gələn ciddi təkliflər səbəbilə satıla biləcək futbolçular arasında yer alır.

Cengiz Ünder

Klub tarixində ən bahalı yerli transfer (15 milyon avro) olan milli futbolçu uzunmüddətli zədələri və Mourinyonun oyun sistemində yer tapa bilməməsi səbəbindən böyük ehtimalla icarəyə veriləcək.

Levent Mercan

Son dönəmdə Mourinyonun şans verdiyi gənc futbolçu, davamlı oynaya biləcəyi bir Super Liqa komandasına icarəyə göndərilərək təcrübə qazanacaq və gələn mövsümə hazır vəziyyətdə qayıdacaq.

Linkoln Enrike

İcarəyə getdiyi "Braqantino" klubundan geri dönən braziliyalı futbolçunun, Acun İlıcalının sahibi olduğu "Hall Siti"yə icarəyə göndərilməsi gözlənilir. Sol cinah müdafiəçisi mövqeyində də oynaya bilən Linkolnun komandada qalma ehtimalı da var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->