Xəbər lenti

Fərz etsək ki, dünya, hətta Türkiyənin özü uydurma “soyqırımı” qəbul edir... (ŞƏRH)
Siyasət08:54 24.04.2021

Fərz etsək ki, dünya, hətta Türkiyənin özü uydurma “soyqırımı” qəbul edir... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Uydurma soyqırım iddiaları ilə bağlı bir çox dövlətlər Türkiyəyə təzyiq etsə də, bu prosesin bitməsini arzulamır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Araz Aslanlı deyib. Politoloq bundan əsasən siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu hesab edir:
"Yəni, bir az fərz eləsək ki, bütün dünya, hətta Türkiyənin özü də uydurma soyqırım iddialarını qəbul edir, belə bir halı heç Amerika Birləşmiş Ştatları da istəməyəcək. Çünki bu bir təzyiq vasitəsidir. Təzyiq vasitəsinin ömrü nə qədər uzun olsa, onların işinə bir o qədər yarıyır. Bu, ABŞ-da müxtəlif səviyyələrdə gündəmə gətirilir. Ştatlar, kabinetin kamissiyaları səviyyəsində, hər iki palatının ayrı-ayrılıqda qərarları səviyyəsində mütəmadi gündəmə gətirilir. Amma Amerika Birləşmiş Ştatlarının prezidenti də daxil olmaqla bütün qanunverici və icraedici orqan səviyyəsində bu uydurma iddialarla bağlı qərar qəbul olunsa, bu, Türkiyə-Amerika münasibətlərini kəskin pisləşdirəcək. Türkiyənin buna ilk reaksiyası siyasi şəkildə olacaq. Onsuz da bu gün Türkiyənin ABŞ-la Müdafiə Sənayesi ilə bağlı əmkdaşlıqda problemlər yaranıb. Digər yaxın Şərq və digər regionlarda əməkdaşlıqla bağlı problemlər da var. Bütün münasibətlər korlanmayıb. Hələ də Türkiyə NATO-nun üzvüdur, digər müstəvidə münasibətlər davam edir".
Araz Aslanlı əlavə edib ki, Amerika və Türkiyə münasibətlərində vacib olan bir neçə istiqamətdə problemlər var:
"Bu, Türkiyənin NATO-dan çıxmasını səbəb olmaz. Amma Türkiyə-ABŞ münasibətlərində geri dönüşü çox çətinləşdirən bir vəziyyət yaranar. Ona qalsa Rusiya Duması da uydurma soyqırım iddialarını tanıyıb, amma Türkiyə Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Türkiyə ABŞ münasibətlərini tək istiqaməti, tək faktoru bu uydurma soyqırım iddiaları deyil. Amma Türkiyənin bu məsələyə mövqeyi belədir ki, kim bu istiqamətdə Türkiyə ilə bağlı yanlış qərar versə, həmin ölkə ilə münasibətlərdə geri dönüşü çətinləşdirən bir mənzərə yaranar. Yəni, dünya bir anda dağılmaz, amma Amerikanın sabah Türkiyə ilə hansısa bir müttəfiqlik arzu və planı olarsa, o planların reallaşmasını çətinləşdirə bilər. Dünya ictimaiyyətinin yarıdan çoxu bilir ki, bunlar siyasi məqsədli oyunlardır".
Bahar Rüstəmli