
Türkiyədə Atatürk Hava Limanına toplaşan bir qrup insan hərbi çevrilişə cəhdi təşkil etməkdə əsas şübhəli bilinən Fətullah Gülənin maketini asıblar. "Qaynarinfo.Az" türk mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın İstanbula gələ biləcəyini öyrənən yüzlərlə insan Atatürk Hava Limanına axışıb.
Onlar Fətullah Gülənin maketini də özləri ilə gətiriblər. Güləni “asan” vətəndaşlar sonra onu yerdə sürüyüblər. Şəxsi maşınları olanlar isə bayraq dalğalandıraraq və avtomobillərindən siqnal verərək bu aksiyaya dəstək veriblər.
İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.


