Xəbər lenti

Fətullah Gülənin yaxın adamı xəstəxanada öldü (FOTO)
Dünya07:36 20.02.2022

Fətullah Gülənin yaxın adamı xəstəxanada öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İzmirdə tutulan və FETÖ içində "qədim qardaş” kimi tanınan Yusuf Bekmezci müalicə aldığı xəstəxanada 82 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, Fətullah Gülənə bağlı təşkilatın ilk idarə heyətində olduğu bildirilən Bekmezci yanvarın 5-də saxlanıldığı həbsxanadan göz əməliyyatı üçün İzmir Katib Çələbi Xəstəxanasına aparılıb.
Əməliyyat əsnasında onun ürəyi dayanıb. Onu həyata qaytarmaq mümkün olub və reanimasiyada müalicəsi davam etdirilib.
İzmir Dövlət Baş Prokurorluğunun istintaqı çərçivəsində saxlanılan Yusuf Bekmezci 2020-ci ilin yanvarın 23-də çıxarıldığı məhkəmədə "silahlı terror təşkilatı idarəçiliyi” ittihamı ilə 17 il 4 ay həbs cəzası alıb.