İdman 16:49 01.12.2022

FIFA bu yığmanı cəzalandıra bilər  - DÇ qaydalarını pozduğuna görə

FİFA dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanan Seneqala qarşı intizam icraatının başlandığını elan edib.

Qaynarinfo-nun məlumatına görə FİFA seneqallıları Ekvadorla oyundan əvvəl mətbuat konfransına baş məşqçi Aliu Sisseni hər hansı futbolçu ilə birlikdə deyil, tək göndərməkdə ittiham edir.  Araşdırma zamanı Seneqalın dünya çempionatının reqlamentinin 44-cü, Media və Marketinq Qaydalarının 2.7.2-ci və komandanın 8.5.3-cü maddəsini pozduğu təsdiqlənərsə, Seneqal Futbol Federasiyası cərimələnə bilər.

FİFA oxşar faktlara görə Almaniya yığmasını 10 000 İsveçrə frankı (10 611 dollar) məbləğində cərimələmişdi. Buna səbəb Almaniya yığmasının baş məşqçisi Hans Flikin mətbuat konfransında tək iştirak etməsi olub.

O, bunun səbəbini İspaniya ilə vacib matçdan əvvəl heç bir oyunçusunun yorulmasını istəmədiyini, millinin düşərgəsindən Dohadakı konfrans zalına avtomobillə təxminən 3 saatlıq yol olması ilə izah edib. 

Mütəxəssisin izahlarına baxmayaraq, Almaniya sanksiyaya məruz qalıb və 10.000 İsveçrə frankı məbləğində cərimələnib.

Səbuhi Həsənov