Xəbər lenti

Fikrət Hüseynov üçün həlledici an: Sədr seçiləcək, yoxsa yox?!
İdman12:05 22.12.2016

Fikrət Hüseynov üçün həlledici an: Sədr seçiləcək, yoxsa yox?!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA Klublar Komitəsinin (KK) 2016-cı ildə sonuncu iclasının vaxtı və yeri müəyyənləşib. 

Qaynarinfo.Az xəbər verir ki, ilin son görüşü sabah "Boulevard Hotel"də keçiriləcək. İlin son iclasında KK sədri vəzifəsinə seçki keçiriləcək və komitəyə 2017-ci ildə rəhbərlik edəcək şəxs müəyyənləşəcək. Tədbir saat 10:30-da başlayacaq.

Qeyd edək ki, KK-nın hazırkı sədri AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynovdur. O, ötən ilin dekabrında "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun bu postdan ayrılmasından sonra sözügedən vəzifəyə seçilib.

Qaynarinfo.Az