Dünya 20:13 02.12.2023

Filippində güclü zəlzələ oldu -  Sunami təhlükəsi elan olundu

Filippinin sahilində 7,5 maqnitudalı zəlzələ olub.

"Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi 10,6 min nəfər olan Taqbin bələdiyyəsindən 19 km şimal-şərqdə olub. Təbiət hadisəsinin ocağı 63 km dərinlikdə yerləşib.

ABŞ-nin sunami xəbərdarlığı sistemi təhlükə barədə xəbərdarlıq edib.