Filippindən olan ilk Olimpiya çempionu gimnast Karlos Yulo ömürlük pulsuz əriştə, qızardılmış toyuq və peçenye, kolonoskopiyaya pulsuz giriş, şəxsi ev və 54,5 milyon peso (170 min dollar) mükafat alacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "First Sport” Telegram kanalı məlumat
yayıb.
Mənbənin sözlərinə görə, bu yolla dövlət və yerli şirkətlər iki qızıl medal qazanan idmançıya təşəkkür etmək qərarına gəliblər - o, 2024-cü ildə Parisdə keçirilən Olimpiadada döşəmə hərəkətləri və tullanma üzrə çempion olub.
Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək.
Alpər
Şərhlər