Xəbər lenti

Finalda qol vuran futbolçu "Qəbələ"nin rəqibinə qoşuldu
İdman11:25 25.07.2016

Finalda qol vuran futbolçu "Qəbələ"nin rəqibinə qoşuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq Fransanın "Lill" klubunun hücumçusu Eder klubun düşərgəsinə qoşulub. 

Qaynarinfo.Az xəbər verir ki, istirahətdə olan Portuqaliya millisinin Qvineya-Bisaudan olan forvardı Fransaya qayıdıb.

Qeyd edək ki, AÇ-2016-nın finalında Fransa millisinə qol vurmaqla Portuqaliya yığmasına çempionluq qazandıran Eder 2 həftəlik istirahətə buraxılmışdı. O bu müddəti başa vuraraq, geri dönüb.

Qeyd edək ki, “Lill” və “Qəbələ” arasındakı ilk oyun iyulun 28-də Fransada, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.

Qaynarinfo.Az