Finlandiya Rusiya ilə şərq sərhədində maneələrin tikintisinə icazə vermək üçün sərhəd qanunvericiliyinə dəyişiklik etməyi planlaşdırır.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Fin hökuməti məlumat
verib.
Finlandiya bu addımı Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində hibrid təhlükələrə qarşı hazırlığını artırmaq üçün atdığını bildirib.
NATO alyansına üzv olmaq üçün müraciət edən Finlandiyanın Rusiya ilə müharibələr tarixi var. Hazırda iki ölkə arasında 1300 km-lik meşəlik sərhəd zonasının çox hissəsi yalnız işarələr və plastik xətlərlə işarələnib.
Finlandiya Rusiyanın sığınacaq axtaran qaçqınları fin sərhədlərinə göndərməklə Finlandiyaya təzyiq göstərə biləcəyindən qorxduğu üçün sərhəd təhlükəsizliyini gücləndirməyə tələsir.
Qanuna edilən düzəlişlər sığınacaq üçün müraciətlərin qəbulunu yalnız müəyyən giriş nöqtələrində cəmləşdirməyə imkan verir.
Dəyişikliklər həmçinin Finlandiya tərəfində sərhəd patrulunu asanlaşdırmaq üçün hasar kimi maneələrin, eləcə də yeni yolların tikintisinə imkan verəcək.
"Daha sonra hökumət Finlandiya Sərhəd Mühafizəsinin qiymətləndirməsi əsasında şərq sərhədindəki kritik ərazilərdə sərhəd maneələri ilə bağlı qərar verəcək",- daxili işlər naziri Krista Mikkonen deyib.
Nurlan Hüseynov