Xəbər lenti

Fırıldaqçı 9 ay ərzində 17 hoteldə pulsuz dincəldi
Dünya13:32 01.08.2017

Fırıldaqçı 9 ay ərzində 17 hoteldə pulsuz dincəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyalı fırıldaqçı İsveçin paytaxtı Stokholmda 17 fərqli hoteldə 9 ay ərzində pul ödəmədən yaşayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qaldığı sonuncu "Scandic Hotel"də may ayında həbs edilən fırıldaqçıya 8 ay həbs cəzası və 17 hotelə vurduğu 26 min avro dəyərində məbləği ödəmək cəzası verilib. 28 yaşlı braziliyalı şəxs bütün hotelləri eyni saytdan rezervasiya edib, hotel girişində əşyalarının gecikəcəyini, bu səbəbdən ödəniş edə bilməyəcəyini deyib və kredit kartı informasiyasını verib. Lakin sonradan həmin şəxs yoxa çıxıb və kartda kifayət qədər məbləğin olmadığı məlum olub. 

Məhkəmədə sübut kimi fırıldaqçının "Facebook" sosial şəbəkəsində paylaşdığı informasiyalar, wi-fi əlaqələri və GPS məlumatları göstərilib.

Gülşən

Qaynarinfo.Az