Xəbər lenti

Firminonun yeni klubu açıqlandı
İdman 16:47 05.07.2023

Firminonun yeni klubu açıqlandı

"Liverpul"un sabiq hücumçusu Roberto Firmino Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası ilə anlaşıb.

Qaynarinfo-nun məlumatına görə, klub braziliyalı hücumçunu heyətinə qatdığını açıqlayıb.

Ölkəsində "Figueirense” və Almaniyada "Hoffenhaym”da oynamış 31 yaşlı futbolçu 2015-ci ildə "Liverpul”la müqavilə imzalayıb.

Firmino İngiltərədə oynadığı müddətdə Premyer Liqa, Federasiya Kuboku, Liqa Kuboku, "Community Shield", Çempionlar Liqası , UEFA Superkuboku və FIFA Klublararası Dünya Çempionatının qalibi olub. O, Liverpul təmsilçisinin heyətində meydana çıxdığı 362 matçda 111 qola imza atıb.

Firmino "Əl-Əhli"də məşhur seneqallı qapıçı Eduard Mendi ilə komanda yoldaşı olacaq. Kərim Benzema, Nqolo Kante, Xalidu Koulibali, Ruben Neves və Marselo Brozovic kimi Avropada tanınmış futbolçular, eləcə də məşqçi Stiven Cerrard da böyük pullar müqabilində Səudiyyə Ərəbistanına üz tutub.
 
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->