ABŞ-ın Pensilvaniya şəhərindəki malikanəsində yaşayan Fəthullah Gülənin yataq otağında kağız sənədləri məhv edən aparat saxladığı məlum olub.
Qaynarinfo.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Pensilvaniyada media nümayəndələri üçün mətbuat konfransı keçirən Fətullah Gülən 15 iyul hərbi çevrilişindəki rolunu təkzib edən açıqlamalar vermişdi.
Həmin mətbuat konfransında iştirak edən "Reuters"in fotoqrafının Gülənin otağındakı çəkdiyi şəkil sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb. Gülənin kağız sənədləri məhv edən aparatın niyə otağında saxlaması böyük marağa səbəb olub.
Qaynarinfo.Az