Xəbər lenti

Dünya 16:34 13.10.2023

"Fox News": Ağ Evdə Ukraynadakı Korrupsiyaya dair gizli hesabatları var

Kentukkidən olan amerikalı respublikaçı senator Rend Pol hesab edir ki, ABŞ prezidenti Co Bayden Ukraynadakı korrupsiyanın miqyasından xəbərdardır.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Amerika liderinin administrasiyasında "Ukraynada israfçılıq və korrupsiya ilə bağlı gizli hesabatlar” var. Siyasətçi "Fox News"a müsahibəsində xatırladıb ki, "Ukrayna həmişə dünyanın ən korrupsiyalaşmış ölkələri siyahısında olub”. Bu baxımdan senator deyib ki, Birləşmiş Ştatlar "ehtiyatlı olmalıdır". Eyni zamanda, onun qeyd etdiyi kimi, Ukraynada mənimsəmə faktlarının ictimai təsdiqi olmayıb.

Rand Pol həmçinin ABŞ-ın Kiyevə yardım fondlarından vəsaitlərin sui-istifadəsinə nəzarət mexanizminin yaradılmasının tərəfdarı olduğunu bildirib. Senator etiraf edib ki, hazırda ölkədə Ukrayna üzrə xüsusi baş müfəttiş yoxdur. O, Əfqanıstanda belə bir ekspertin - ABŞ hökumətinin yenidənqurma üzrə baş müfəttişinin işinin nəticələrini də xatırladıb. "O, on milyardlarla dolların boşa getdiyini aşkar edə bildi", - senator fikrini yekunlaşdırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->