ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, "həssas və yüksək məxfi materiallar” olan məxfi sənədlərin ABŞ-da sızması Pentaqonun hüdudlarından kənarda baş vermiş ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" ABŞ Müdafiə və Kəşfiyyat Departamentindəki mənbələrə istinadən məlumat
yayıb.
Aprelin 11-nə olan məlumata görə, onlayn rejimdə 53 sənəd yerləşdirilib ki, onların da əksəriyyəti 23 fevral və 1 mart tarixlərinə aiddir. Onların arasında, kanalın məlumatına görə, Pentaqonun heç bir brifinqinə daxil edilməyən yüksək məxfi kəşfiyyat məlumatları var. Çox güman ki, bu məlumatlar Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Təhlükəsizlik Agentliyi (NSA) tərəfindən əldə edilib.
Fox News qeyd edir ki, bu kəşfiyyat məlumatları Pentaqonda işləyənlər tərəfindən asanlıqla əldə edilmir, ona görə də sızma departamentdən kənarda baş verə bilərdi.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü telekanala bildirib ki, hər bir departamentin sızıntının araşdırılmasına cavabdeh olan öz şəxsi olacaq, lakin hələlik bütün idarələrarası işlərə rəhbərlik edən bir nəfər də yoxdur.
Alpər