
Əgər Suriya rejiminin kimyəvi silah işlətdiyi təsdiqlənsə, Franas quru qoşunlarını Suriyaya göndərəcək
“Əgər Suriya rejiminin kimyəvi silah işlətdiyi təsdiqlənsə, Fransa ona qarşı hərbi güc tətbiq edilməsini dəstəkləyəcək".
Qaynar.info-nun Azadlıq Radiosuna istinadla verdiyi xəbərə görə, bunu Fransanın xarici işlər naziri Laurent Fabious, yerli televiziya kanalına müsahibəsində bəyan edib.
O qeyd edib ki, söhbət quru qoşunlarından gedir.
Suriya müxalifəti hökumət qüvvələrinin kimyəvi silah işlətdiyini və nəticədə 1300-ə yaxın adamın kütləvi şəkildə öldüyünü təkid edir.
Suriya hökuməti ittihamı rədd edir.
Qaynar.info