Dünya 20:24 20.03.2024

Fransa "Google"u daha 250 milyon avro cərimələdi

"Google" 2022-ci ilin iyununda geri götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə Fransanın antiinhisar xidməti tərəfindən 250 milyon avro məbləğində yeni cərimə ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, söhbət əlaqəli hüquqlar haqqında qanuna əməl edilməməsindən gedir. 

Qanun 2019-cu ildə Fransada qəbul edilib. Qanuna görə, internet şirkətləri nəşriyyatlara və KİV-lərə onların məzmunundan istifadəyə görə təzminat ödəməlidir.

2020-ci ildə Fransa tənzimləyicisi şirkətin müəyyən edilmiş şərtlərə əməl etmədiyini hesab etdiyi üçün ilk dəfə olaraq "Google"a müəyyən hərəkətlərə qadağa şəklində məhdudiyyətlər qoyub. 2021-ci ildə Amerika korporasiyası antiinhisar xidmətindən 500 milyon avro cərimə alıb.

İki il əvvəl Fransa "Google"a qarşı bütün məhkəmə proseslərini dayandırıb, çünki şirkətin götürdüyü öhdəlikləri yerinə yetirmək üçün atdığı addımları kifayətli hesab edib.

Bununla belə, Fransanın rəqabət orqanı indi "Google"un 2022-ci ilin iyun ayında üzərinə götürdüyü 7 öhdəliyin 4-dən geridə qaldığına qərar verib.

Aydın