Xəbər lenti

Fransa kəşfiyyatının rəhbəri istefaya göndərilir - Müharibəyə inanmadığına görə...
Dünya06:12 31.03.2022

Fransa kəşfiyyatının rəhbəri istefaya göndərilir - Müharibəyə inanmadığına görə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın vaxtlarda Fransa Hərbi Kəşfiyyat Baş İdarəsinin rəhbəri general Erik Vido vəzifəsindən azad ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Figaro” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, general Vido Rusiyanın Ukraynaya müdaxiləsinin reallığı ilə bağlı yanlış qiymətləndirmələrə görə vəzifəsini tərk edəcək.
General Vido ötən ilin yayında kəşfiyyat rəhbəri təyin edilib. Bundan əvvəl o, xüsusi əməliyyat qüvvələrinə rəhbərlik edib.
"Figaro" xatırladır ki, general Vido ilə bağlı qalmaqal fevral ayının sonlarında - Baş Qərargah rəisi general Tyerri Bukhard Fransa kəşfiyyatının ABŞ və Britaniyadan olan həmkarlarından fərqli olaraq, Rusiyanın işğalını mümkünsüz hesab etdiyini etiraf edən zaman yaranıb.
"Amerikalılar əmin idi ki, ruslar hücum edəcəklər və onlar haqlı çıxdı. Bizim xidmətlər daha çox hesab edirdilər ki, Ukraynanın işğalı Rusiyaya baha başa gələcəyindən prezident Zelenskini "yıxmaq" üçün başqa variantları var", deyə Baş Qərargan rəisi bildirib
Nizami Bağırov