Xəbər lenti

Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlərin ilk dəfə Azərbaycana səfəri başladı
Siyasət 10:06 24.02.2025

Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlərin ilk dəfə Azərbaycana səfəri başladı

Fransa müstəmləkəçiliyi əsarətində olan ərazilərdə fəaliyyət göstərən media mənsublarının ilk dəfə Azərbaycana səfəri başlayıb.

"Report" xəbər verir ki, iki günlük səfərin təşkilində əsas məqsəd Fransız müstəmləkəçiliyi altında yaşayan müxtəlif regionlardan fəaliyyət göstərən 12 media nümayəndəsinə kommunikasiya üzrə xüsusi təlimin təşkil edilməsi və yerli KİV nümayəndələri ilə təcrübə mübadiləsinin təşkil edilməsidir.

Xarici media mənsubları həmçinin Azərbaycanın beynəlxalq səviyyədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi istiqamətində qlobal mövqeyi, Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyəti, habelə müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərilən dəstəklə əyani tanış olacaqlar.

Eyni zamanda kolonializm siyasətinin fəsadları haqqında dünya ictimaiyyətinə doğru məlumatların çatdırılması üzrə birgə əməkdaşlıq imkanları araşdırılacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->