Xəbər lenti

Fransa parlamenti rəqəmsal avronun tətbiqinin Aİ-yə kömək etməyəcəyini bildirdi
Dünya10:20 03.01.2024

Fransa parlamenti rəqəmsal avronun tətbiqinin Aİ-yə kömək etməyəcəyini bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəqəmsal avronun tətbiqi Avropa İttifaqının dağılmış sənayesinin yenidən qurulmasına kömək etməyəcək. 
Qaynarinfo xəbər verir ki, bunu Fransa parlamentinin üzvü, "Qalx, Fransa” siyasi hərəkatının lideri Nikola Düpon-Aignan X sosial şəbəkəsində bildirib. 
"Von der Leyen və Laqard iş yerlərimiz, sənayemiz, alıcılıq qabiliyyətimiz məhv edildikdən sonra rəqəmsal avronun tətbiqini elan etdilər", - deputat qəzəblə yazıb.
O, "alış-veriş izləmə" və "anonimliyin sonu" üçün "bütün gücümüzlə" müqavimət göstərməyə çağırıb.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard AMB-nin saytında avronun 25-ci ildönümünə həsr olunmuş nəşrdə avronun rəqəmsal versiyasının tətbiqinin əsaslarının qoyulmasının vacibliyini bildiriblər.
Dekabrın sonunda Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən aparılan ticarət siyasətinin Fransa üçün fəlakətli olduğunu söyləyib. O vurğulayıb ki, Avropa İttifaqı Fransanı "öldürür”.
Alpər